Bakıda 40 yaşlı kişi dənizə düşərək öldü

Bakıda 40 yaşlı kişi dənizə düşərək ölüb.
Şəffaflıq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə, Bakının Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Yağmalıyev Mübariz Həsənbala oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}