Sabiq rəisi, general-mayor Sübahir Qurbanov əfv edilib.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov əfv edilib.
Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda S.Qurbanovun da adı var.
Qeyd edək ki, S.Qurbanov 2015-ci ildə həbs olunmuş və Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilmişdi.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}