Əsas Səhifə > SİYASƏT > Sabiq rəisi, general-mayor Sübahir Qurbanov əfv edilib.
Sabiq rəisi, general-mayor Sübahir Qurbanov əfv edilib.6-04-2020, 17:36 |
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov əfv edilib. Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda S.Qurbanovun da adı var. Qeyd edək ki, S.Qurbanov 2015-ci ildə həbs olunmuş və Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilmişdi. Şəffaflıq.az Geri qayıt |