Misli Premyer Liqasının IV turunda "Şamaxı" səfərdə "Kəpəz"ə qalib gəlib.
Misli Premyer Liqasının IV turunda "Şamaxı" səfərdə "Kəpəz"ə qalib gəlib. Şəffaflıq.az xəbər verir ki, Gəncə stadionunda baş tutan matç qonaqların 4:1 hesablı qələbəsi ilə bitib. "Şamaxı"nın heyətində Tornike Axvlediani (9), Uğur Cahangirov (21), Ayman Bouali (63) və Həbib İsmayılov (76) fərqləniblər. Meydan sahiblərinin yeganə qolu isə Desmond Akuanın (58) aktivinə yazılıb. 5 xala malik "Şamaxı" turnir cədvəlində 5-ci sıraya yüksəlib. "Kəpəz" isə 3 xalla onuncudur. Qeyd edək ki, turun açılış matçında "Qəbələ" doğma meydanda "İmişli"yə qalib (2:1) gəlib.
Xəbəri paylaş
Facebook-da paylaş








