Maka Boçorişvili ATƏT-in komissarı ilə Gürcüstanın milli azlıqlarla bağlı siyasətini müzakirə edib


Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ATƏT-in milli azlıqlar üzrə ali komissarı Kristof Kamp ilə görüşüb.

Şəffaflıq.az xəbər verir ki, görüş Kristof Kampın Gürcüstana ilk işgüzar səfəri çərçivəsində keçirilib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Kampın səfəri zamanı bir sıra məsələləri, eləcə də Gürcüstanın milli azlıqlarla bağlı dövlət siyasətini nəzərdən keçiriblər.

M.Boçorişvili ATƏT-in ali komissarına səmərəli əməkdaşlığa görə təşəkkür edib.

Görüşdə ATƏT-in Gürcüstandakı münaqişələrin sülh yolu ilə həllinə verdiyi töhfə və təşkilatın, o cümlədən Cenevrə Beynəlxalq Müzakirələri formatı çərçivəsində rolu da müzakirə olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}