Sərdar Berdiməhəmmədov Ermənistana səfər edəcək


Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrda Ermənistana səfər edəcək.

Şəffaflıq.az-ın Ermənistanın Baş nazirinin dəftərxanasına istinadən xəbər verir ki, bu, Türkmənistan lideri ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı məlum olub.

Söhbət zamanı tərəflər Ermənistan-Türkmənistan münasibətlərinin gələcək inkişafı və ikitərəfli gündəliyə dair məsələləri müzakirə ediblər.

N.Paşinyan və S.Berdiməhəmmədov ticari-iqtisadi əlaqələrin genişləndirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.

"Nikol Paşinyan bu ilin oktyabrında Ermənistanda BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransının (COP17) keçirilməsi mövzusuna toxunub və Sərdar Berdiməhəmmədovu Liderlərin sammitində iştirak etmək üçün Ermənistana dəvət edib. Türkmənistan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib", - məlumatda bildirilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}