Əsas Səhifə > REGİON > Sərdar Berdiməhəmmədov Ermənistana səfər edəcək
Sərdar Berdiməhəmmədov Ermənistana səfər edəcəkBu gün, 15:03 |
|
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrda Ermənistana səfər edəcək. Şəffaflıq.az-ın Ermənistanın Baş nazirinin dəftərxanasına istinadən xəbər verir ki, bu, Türkmənistan lideri ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı məlum olub. Söhbət zamanı tərəflər Ermənistan-Türkmənistan münasibətlərinin gələcək inkişafı və ikitərəfli gündəliyə dair məsələləri müzakirə ediblər. N.Paşinyan və S.Berdiməhəmmədov ticari-iqtisadi əlaqələrin genişləndirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar. "Nikol Paşinyan bu ilin oktyabrında Ermənistanda BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransının (COP17) keçirilməsi mövzusuna toxunub və Sərdar Berdiməhəmmədovu Liderlərin sammitində iştirak etmək üçün Ermənistana dəvət edib. Türkmənistan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib", - məlumatda bildirilib. Geri qayıt |