Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib
ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin futbol üzrə dünya çempionatının Amerika iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini bildirib. Şəffaflıq.az-ın məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. O, həmçinin qeyd edib ki, dünya çempionatına ev sahibliyi etməklə ölkədə 160 mindən çox iş yeri yaranıb. "Təkcə futbol üzrə dünya çempionatı iqtisadiyyatımıza 18 milyard dollardan çox qazanc gətirib və 160 mindən çox insan üçün iş yeri yaradıb!", - Tramp bildirib. 2026-cı ilin futbol üzrə dünya çempionatı 11 iyun - 19 iyulda ABŞ, Meksika və Kanadada keçirilib. Turnir tarixi idi, çünki ilk dəfə 48 milli komanda iştirak edib. Bir müddət əvvəl FIFA prezidenti Canni İnfantino "Blue Sport"a müsahibəsində beynəlxalq federasiyanın dünya çempionatının iştirakçılarının sayını 64 milliyə qədər genişləndirmək məsələsini nəzərdən keçirə biləcəyini deyib.
Facebook-da paylaş








