Depressiyanın müalicəsində İNQİLABİ YENİLİK
Elektroensefaloqrafiya depressiyanın müalicəsində nə qədər effektivdir?
Depressiya hazırda ən çox rast gəlinən psixi pozğunluqdur. Travmatik vəziyyət, uzunmüddətli stress, narkotik maddələrdən istifadə və digər səbəblər depressiyaya yol aça bilər. Hətta günəş işığının olmaması da depressiv vəziyyətə gətirib çıxarır.
Elektroensefaloqrafiya ilə depressiyanın müalicəsində effektiv nəticələr əldə ediləcəyi açıqlanıb.
Depressiya əhval-ruhiyyənin, bədən tonusunun aşağı düşməsi, fiziki cəhətdən zəiflik və zehni pozğunluq şəklində özünü göstərir. Eyni zamanda digər pozğunluqların gedişini pisləşdirə və geri dönməz nəticələrə səbəb ola bilər. Problem ondadır ki, bəzi pasientlər müxtəlif vəziyyətlərdə mütəxəssis yardımına ehtiyac duymur. Çevrəsinin qınaqları depressiv əhvalı-ruhiyyəni daha da dərinləşdirir. Psixoloji dəstəyin olmaması nəticəsində xəstə ikinci dərəcəli pozğunluqların inkişaf mərhələsində olduqda müalicə təyin olunur.
Biokimya baxımından depressiya
Kimyəvi səviyyədə depressiya bütöv molekulyar dəstədir. Bu, eyni zamanda melaton, adrenalin və norepinefrinin artması ilə serotonin, dopamin və endorfinin kəskin çatışmazlığıdır. Zəruri siqnalları beyinə ötürmək üçün cavabdeh olan neyrotransmitterlərin olmaması səbəbindən lazımi hormonlar “ifraz olunmur”. Bədən “qənaət” vəziyyətinə keçir. Molekulyar zərərin bərpası XX əsrin ortalarından bəri istifadə olunan sedativ inhibitor qrup dərmanlarla edilə bilər. Problem ondadır ki, depressiyanın və əlavə simptomların müalicəsində əks təsirləri qiymətləndirmək çox çətindir. Sakitləşdirici inhibitorlar qrupunda bir çox dərman var və düzgün birini tapmaq həmişə çətindir. Hətta klinik sınaqlarda da effektivlik yüksək olmayıb və bəzi hallarda plasebo effektindən yüksək deyil. Dərman sadəcə uyğun gəlməyə bilər.
Bu vəziyyətdən çıxış yolu - müəyyən dərman terapiyasının təsirinin olub olmadığını əvvəlcədən bilməkdir. Bunu etmək üçün dərmanın beynə təsir gücünü öyrənməlisiniz. Amerikalı elm adamları depressiyanın antidepresantlarla (xüsusən də sertralin) beynin istirahət fəaliyyətinə əsaslanaraq təsirini proqnozlaşdıran bir sxem hazırlayıb.
Bunun üçün tədqiqatda müəyyən səviyyəli depressiv pozğunluğu olan 309 xəstəyə elektroansefaloqrafiya (EEQ) tətbiq olunub. İştirakçılar 2 qrupa bölünüb, onlardan biri antidepresant, digəri isə plasebo qəbul edib. Beyin fəaliyyətinin EEQ göstəriciləri kursdan əvvəl və sonra qeydə alınıb. Tədqiqat zamanı mütəxəssislər dərman vasitəsinin effektivliyini təyin etmək üçün alqoritm proqramı hazırlayıb. Yaradılmış reqressiya modelindən istifadə edərək alqoritm beynin istirahət fəaliyyətində müalicə səmərəliliyi arasındakı əlaqəni təcrid etməyə imkan verib.
Antidepresant terapiyası alan qrup alfa dalğasında aktivlik göstərib. Bu da terapiyanın effektivliyini təsdiq edib. Plasebo qrupunda isə təsir aşkar edilməyib.
Təcrübənin dəqiqliyi üçün daha 100 xəstə sınaqdan keçirilib. Və bu vəziyyətdə, EEQ istifadə edərək sertralin ilə depressiyanın müalicəsində mümkün olan effektivliyi təxmin etmək mümkün olub.
Bu elmi kəşf depressiyanın müalicəsində nə qədər effektivdir?
Əvvəlcə EEQ əsasında dərman müalicəsinin mümkün effektivliyinin sadə və əlverişli təhlili hazırlanıb. İkincisi, əlaqə olaraq ayrı sinir mexanizmi - alfa dalğasında beynin istirahəti zamanı fəaliyyəti araşdırılıb. Bu, depressiya üçün digər müalicələri uğurla qiymətləndirməyə imkan verir. Ən əsası psixoterapiyanın köməyi ilə depressiyanın müalicəsinin effektivliyini EEQ-nin köməyi ilə uğurla qiymətləndirmək mümkündür. Üstəlik, hansının daha effektiv olacağını proqnozlaşdırmaq tamamilə mümkündür - psixoterapiya və ya dərman müalicəsi.
Məlumat üçün bildirək ki, elektroensefaloqrafiya və ya EEQ - baş beynin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. Baş beynin elektrik aktivliyi çox aşağı olduğuna görə, onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur. EEQ daha çox epilepsiya xəstəliyinin diaqnozunun qoyulmasında istifadə olunur. EEQ bəzi hallarda komalar, beyin ölümü, yuxu pozulmalarının, ensefalopatiyaların diaqnostikasında istifadə olunur. Rutin EEQ çəkilməsi 20-30 dəqiqə davam edir.
Şəffaflıq.az
Facebook-da paylaş