Bakıda avtomobilin vurduğu piyada 4 gün sonra ölüb
Bakıda avtomobilin vurduğu piyada 4 gün sonra ölüb. Şəffaflıq.az-ın xəbərinə görə, dekabrın 14-də Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən "Çingiz Xan" restoranının qarşısında "Hyundai" markalı avtomobil 1967-ci il təvəllüdlü Əliyeva Ranə Qiyas qızını vurub. Nəticədə qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq R.Əliyeva ötən gün müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş