Goranboyda iki qadın dəm qazından boğulub
Goranboy rayonunda iki nəfər dəm qazından boğularaq ölüb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb. Yerli sakinlər Sevil Səlimova (1979) və Xumar Səlimova (1972) dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş