Qara dənizdə "Qafqaz" limanı yaxınlığında mazut daşıyan üçüncü tanker fəlakət siqnalı verib.


Qara dənizdə "Qafqaz" limanı yaxınlığında mazut daşıyan üçüncü tanker fəlakət siqnalı verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri regionun fövqəladə xidmətlərinə istinadən məlumat yayıb.

"Mazut daşıyan "Volqoneft-109" tankeri göyərtəsində çatın əmələ gəlməsi səbəbindən Qara dənizdəki "Qafqaz" limanı ərazisində fəlakət siqnalı verib", - məlumatda qeyd olunur.

Bildirilir ki, fəlakət siqnalı verən gəminin korpusunun hermetikliyi pozulmayıb, dənizə sızıntı olmayıb. Heyət təhlükədə deyil.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında Rusiyaya məxsus iki tanker - "Volqoneft 212" və "Volqoneft 239" qəzaya uğrayıb. Fırtına zamanı zədələnən "Volqoneft 212" gəmisi saya oturub, "Volqoneft 239" isə dreyf edib. Hər iki tankerin göyərtəsində ümumilikdə 27 nəfər olub, onlardan 26-sı xilas edilib, bir nəfər isə ölüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}