İcma ABŞ-nin Azərbaycanın daxili işlərinə müdaxiləsinə son verməyi tələb edib


ABŞ-nin Azərbaycandakı səfirliyinin ölkəmizin daxili işlərinə qarışan və böhtan dolu bəyanatını sərt şəkildə qınayırıq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Azərbaycana qarşı şər kampaniyasını ölkəmizdə guya söz azadlığı sahəsində olan problemlərin olması ilə izah etməyə cəhd edən ABŞ səfirliyinin diqqətinə çatdırmaq istərdik ki, bu təzyiqlərin əsl səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir.

"ABŞ-nin hazırkı administrasiyası azərbaycanlılara qarşı etnik və dini əsaslarla ayrı-seçkilik siyasəti aparmaqla, ölkələrin ərazi bütövlüyü və suverenliyinə selektiv yanaşmaqla, Ermənistanın deportasiya, etnik təmizləmə, təcavüz və işğal siyasətinə dəstək verməklə insan hüquqlarından danışmaq haqqını itirmişdir. Biz Qərbi Azərbaycan İcması olaraq bu ədalətsiz yanaşmanı, ayrı-seçkiliyi daim hiss edirik.

Bundan əlavə, ABŞ səfirliyinin özlərinə gəldikdə nəinki azacıq tənqidə, hətta adi suala belə aqressiv ritorika ilə cavab verməsi onların yeri gəldi-gəlmədi pafosla danışdıqları “söz azadlığı”na, “fikir müxtəlifliyi”nə olan namərdliyini göstərir.

Biz ABŞ-nin hazırkı administrasiyasından ölkəmizin daxili işlərinə müdaxiləsinə, xalqımıza qarşı ayrı-seçkiliyinə və insan hüquqlarından siyasi məqsədlər üçün sui-istifadəsinə son verməyi tələb edirik", - bəyanatda vurğulanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}