Vladimir Putin: Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır
Rusiya ABŞ və digər Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır. Şəffaflıq.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibəsində deyib. Putin Rusiya - ABŞ münasibətlərinin bərpası barədə danışarkən söyləyib ki, istək olsa, hər şey mümkündür. Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə hər şey dəyişir, yalnız maraqlar dəyişməz qalır: "Başqa ölkələrlə əlaqələr qurmaq üçün imkanlar və perspektivlər var. Biz buna hazırıq. Amma bu, Rusiyanın maraqlarına zidd olmamalıdır".
Xəbəri paylaş
Facebook-da paylaş