Əsas Səhifə > XARİCİ XƏBƏR > Vladimir Putin: Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır

Vladimir Putin: Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır


22-12-2024, 15:14


Rusiya ABŞ və digər Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır.

Şəffaflıq.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibəsində deyib.

Putin Rusiya - ABŞ münasibətlərinin bərpası barədə danışarkən söyləyib ki, istək olsa, hər şey mümkündür.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə hər şey dəyişir, yalnız maraqlar dəyişməz qalır: "Başqa ölkələrlə əlaqələr qurmaq üçün imkanlar və perspektivlər var. Biz buna hazırıq. Amma bu, Rusiyanın maraqlarına zidd olmamalıdır".


Geri qayıt