Сari ilin 11 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 min 549 cinayət faktı aşkarlanıb


Сari ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8 min 549 cinayət faktı aşkarlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, onlardan 2 min 837-si narkotik vasitələrin qanunsuz satışı, 5 min 478-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 228-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}