Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi
Elm adamları Ayın nüvəsinin dərinliklərində qranat mineralının olduğunu üzə çıxarıblar. Qəbul edilmiş elmi fikrə görə, Ayın mərkəzində olivin və piroksen mantiyası ilə örtülmüş metal nüvəsi var. Şəffaflıq.az teleqraf.com-a istinadla xəbər verir ki, alimlər həmişə Ay süxurlarının qranatla zəngin ola biləcəyini mümkün hesab edirdilər, amma son vaxtlara qədər bu fərziyyəni sübut etmək mümkün olmamışdı. Son tədqiqatlar zamanı elm adamları laboratoriya şəraitində qranatla zəngin süxur nümunəsini analiz ediblər, sonra bunu Ayın geoloji dərinliyindəki duruma uyğun qızdırıblar. Eyni zamanda, eksperimental modeldə səsin hərəkət sürəti də ölçülüb. Məhz səs sürətinin ölçülməsi nəticəsində məlum olub ki, Ayın nüvəsi 740-1260 km dərinlikdəki bərk təbəqələrindən başlayaraq qranatla zəngindir. Alimlərin fikrincə, süxurlar qranatla zəngin olmasaydı, təcrübə zamanı qeydə alınan seysmik-səs göstəricilərinə malik ola bilməzdilər.
Facebook-da paylaş