Özbəkistanda baş verən partlayışda ölənlərin sayı dördə çatıb
Özbəkistanın Fərqanə şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı dördə çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri məlumat yayıb. Daha əvvəl bir nəfərin öldüyü, dörd nəfərin yaralandığı, səkkiz nəfərin isə tibbi müşahidə altında olduğu bildirilmişdi. Sonradan onlardan üç nəfər xəstəxanada vəfat edib. Qeyd edək ki, dekabrın 17-də “Petrolium” yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisəyə qazın vurulması zamanı 5 kubmetr tutumlu konteynerin partlaması səbəb olub ki, bu da sızıntı və yanğına gətirib çıxarıb. Faktla bağlı Özbəkistan Cinayət Məcəlləsinin 257-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (əmək mühafizəsi qaydalarının pozulması) və 259-cu maddəsinin 2-ci hissəsinin "a" bəndi (yanğın təhlükəsizliyi qaydalarının pozulması) ilə cinayət işi açılıb. Faktla bağlı beş nəfər saxlanılıb. Ekspertiza və istintaq tədbirləri həyata keçirilir.
Facebook-da paylaş