İnfarkt, insult... - Burun damcıları ölüm saçır
Zökəmin müalicəsində əsasən damardaraldıcı burun damcıları və spreylərindən istifadə olunur.
Son araşdırmalar onların çox ziyanlı olduğunu göstərir.
ABŞ alimləri sübut edir ki, damardaraldıcı burun damcıları və spreyləri insult və infarkta səbəb ola bilər. Bu xüsusilə ürək xəstəlikləri və yüksək təzyiqdən əziyyət çəkənlərə aid olsa da, sağlam insanlar üçün də bu preparatlar müəyyən təhlükə yaradır.
Alimlər xəbərdarlıq edir ki, bu preparatlar damarları daraldır və bunun nəticəsində infarkt və insultun riski xeyli artır.
Mütəxəssislər zökəm zamanı duzlu su ilə olan damcılardan istifadə etməyi tövsiyə edirlər. Həmçinin isti ayaq vannaları, müalicəvi bitkilərlə (evkalipt, çobanyastığı, kalanxoe) inhalyasiyalar da çox yaxşı effekt verir.
Şəffaflıq.az
Facebook-da paylaş