Xətai rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bakının Xətai rayonunda 18 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Şəffaflıq.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Ellazova Zeynəb Rafiq qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş