Suraxanıda yol qəzasında ata və qızı xəsarət alıblar
Bakının Suraxanı rayonunda 35 yaşlı kişi və övladı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıblar. Şəffaflıq.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əhmədov Davud Əhməd oğlu və yeniyetmə qızı 2011-ci il təvəllüdlü Ə.Z. ağır xəsarətlər alıb. Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki yaralıya kəllə-beyin travması və müştərək travma diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş