Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Şəffaflıq.az-ın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Son illər bizim birgə rəhbərliyimizlə intensiv yüksək səviyyəli təmaslar, möhkəm siyasi qarşılıqlı etimad və beynəlxalq aləmdə səmərəli əməkdaşlıq ilə səciyyələnən Çin-Azərbaycan münasibətləri uğurla və ardıcıl şəkildə inkişaf etməkdə davam edir. Tərəflər “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək səviyyədə reallaşdırılmasında mühüm nəticələr əldə ediblər. Bu ilin iyulunda biz ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan etdik və bununla da Çin-Azərbaycan münasibətlərinin inkişafı tarixində yeni səhifə açdıq. Mən Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkənin xalqlarının rifahı naminə yüksək səviyyəli ikitərəfli münasibətləri yeni başlanğıc nöqtəsindən daha da inkişaf etdirmək üçün Sizinlə birlikdə səy göstərməyə hazıram. Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram".
Facebook-da paylaş