Gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı “Azərişıq” gücləndirilmiş iş rejimində çalışacaq

 Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.
 Şəffaflıq.az bildirir ki,bu barədə  ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
O bildirib ki, istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün "Azərişıq" ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda, sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin olunub. Paylayıcı elektrik verilişi xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Gücləndirilmiş iş günlərində Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların ehtiyatı yaradılıb, maşın-mexanizmlərin hazırlığı görülüb. 199-Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.(AZƏRTAC)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}