Ağdamda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə kürəkəni şübhəli bilinir
Ağdamda qətl hadisəsi törədilib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, hadisə Səfərli qəsəbəsində qeydə baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. E.Qənbərov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








