Daşkənddə Beynəlxalq İslam sivilizasiyası mediaforumu işə başlayıb


Daşkənddə "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" adlı beynəlxalq mediaforum başlayıb.

Şəffaflıq.az-ın verdiyi məlumata görə, mediaforum beynəlxalq və milli kütləvi informasiya vasitələrinin nümayəndələrini, jurnalistləri, ekspertləri, alimləri və kommunikasiya sahəsinin mütəxəssislərini bir araya gətirib.

Tədbir beynəlxalq mediaforuma və onun əsas məqsədlərinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Forum çərçivəsində iştirakçılar müasir medianın İslam sivilizasiyasının işıqlandırılmasında rolunu, tarixi və mədəni irsin qorunub saxlanılması məsələlərini, eləcə də informasiya məkanında İslam dünyasının nailiyyətlərinin təqdim edilməsi ilə bağlı yeni yanaşmaları müzakirə edəcəklər.

Forumun proqramında həmçinin beynəlxalq və milli ekspertlərin çıxışları, panel müzakirələri və ustad dərslərinin təşkili də nəzərdə tutulub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}