İşıq borcu olanlara ŞAD XƏBƏR: bundan sonra...
Şəffaflıq.az .Xəbər verir ki,Təqdimat mərasimində çıxış edən qurumun İnformasiya texnologiyaları departamentinin direktor müavini Emin Əmirov deyib ki, saytda abunəçilər üçün elektron kabinet yaradılıb:
"Bu kabinet vasitəsi ilə onlar elektrik enerjisi istehlakı ilə bağlı bütün məlumatları əldə edə biləcəklər".
Qurum sözçüsü saytda qeydiyyatdan keçən abunəçilərin baş verən qəzalar və kəsintilərlə bağlı da məlumat ala biləcəyini qeyd edib:
"Kabinetdə qeydiyyatdan keçən abonentlər istənilən vaxt istifadə etdiyi elektrik enerjisi, borc barədə məlumat ala biləcəklər. Abonent, həmçinin telefon nömrəsini əlavə etməklə borcu öyrənə bilər. Bununla yanaşı, abonent şəxsi kabinetdə telefon nömrəsini qeyd edərsə, hər ay onun telefonuna aylıq istifadə edilən elektrik enerjisinə görə borc barədə sms məlumat göndəriləcək. Saytda abonent kodunu yığmaqla bütün ölkə ərazisində olan istənilən mənzilərin elektrik enerji borcunu da öyrənmək olur".
Facebook-da paylaş