Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Avropanın Nano Flowcell kompaniyası dünyada ilk dəfə olaraq yanacaq kimi duzlu sudan istifadə etməklə elektrik avtomobili düzəldib.
Hal-hazırda Quante-Sportlimousine avtomobilinə rəsmi olaraq Almaniyanın yollarında hərəkət etməyə icazə verilib, Nano Flowcell kompaniyası isə uyğun icazə alıb və yaratdıqlarını irimiqyaslı yol sınaqlarında yoxlamağa hazırlaşır.
Əldə olunan məlumata görə Quante-spotlimosune avtomobili saatda 100 km sürəti 2,8 saniyəyə yığır
Yanacaqdoldurma məntəqəsində duzlu suyu tökəndən sonra avtomobil 600 km gedə bilər.
“Duzlu su” termini deyəndə o təsəvvür yaranmasın ki, dənizdən, ya okeandan su götürmək olar. Avtomobilin xüsusi reaktorunda elektrolit kimi olan müxtəlif metalların duzundan alınmış və ayrılıqda yanacaq elementləri verən iki məhlul hazırlanır.
Yanacaq elementlərinin katalizatorları üzərində mürəkkəb elektromexaniki çevrilmələr baş verir və nəticədə elektrik yaranır. Bu elektrik həmişə yaranır və saxlanma üçün superkondensatora az miqdarda cərəyan və böyük elektrik həcmi daxil olur, oradan da enerji dörd elektrik mühərrikini hərəkətə gətirir.
Kompaniyanın nümayəndəsi bildirir ki, “kiçik şirkət olsaq da biz başladığımız işimizi davam etdirəcəyik və bəşəriyyətə töhvəmizi verəcəyik. İndi isə yolun başlanğıcındayıq”.
Avtomobil ekoloji cəhətdən çox təmizdir. Onun üçün qiymətli metal və nadir elementlərə ehtiyac yoxdur.
Nano Flowcell kompaniyası bu yanacağı Bosch Engineering kompaniyasının mütəxəssisləri ilə birgə hazırlayırlar.
Ən yaxın gələcəyə Nano Flowcell kompaniyası daha dörd nümunəvi Quante-Sportlimousine avtomobili sınaq üçün hazırlamağı planlaşdırır. Gözlənilir ki, elektrokimyəvi texnologiya proqramı kommersiya səviyyəsinə kimi işlənəcək.
Facebook-da paylaş