Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyan məlumat verib. Vergi xidməti Köçəryanlar ailəsinə məxsus "Toyota" salonunu möhürləyib. Həmçinin "Oranj fitnes" idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Antikorrupsiya Komitəsindən bildirilib ki, cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








