Binəqədi qəsəbə sakini elektrik cərəyanı vurması nəticəsində həyatını itirib
Elektrik cərəyanı vurması nəticəsində Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüd Taleh Şahid oğlu Fehruzlu ölüb. Şəffaflıq.az-ın məlumatına görə, özügedən şəxs dekabrın 12-si saat 10 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Araşdırmalar nəticəsində onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyənləşib.
Xəbəri paylaş
Facebook-da paylaş








