Əsas Səhifə > Hadisə > Binəqədi qəsəbə sakini elektrik cərəyanı vurması nəticəsində həyatını itirib

Binəqədi qəsəbə sakini elektrik cərəyanı vurması nəticəsində həyatını itirib


15-12-2025, 12:12


Elektrik cərəyanı vurması nəticəsində Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüd Taleh Şahid oğlu Fehruzlu ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, özügedən şəxs dekabrın 12-si saat 10 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalar nəticəsində onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyənləşib.


Geri qayıt