Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb
Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə F.İsgəndərov Polşaya səfir təyin olunub. Qeyd edək ki, o, 26 iyul 2021-ci il tarixdən Azərbaycanın İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri idi.
Xəbəri paylaş
Facebook-da paylaş








