Sumqayıtda 7 aylıq körpə qızdırmadan ölüb
Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb. Şəffaflıq.az məlumat verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb. Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib. Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








