Bakı və Sumqayıtda qumbara, həmçinin avtomatlar aşkarlanıb
Bakı və Sumqayıt şəhərlərində silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Bakının Xəzər, Nizami və Binəqədi rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 4 patron darağı və 366 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb. Sumqayıt şəhərində isə bir nəfər tapdığı 1 avtomat silahı, 1 patron darağı və 70 patronu könüllü olaraq polisə təhvil verib. Araşdırmalar aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
