Bakıda avtomobil piyadanı vuraraq öldürüb


Bakıda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakının Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 2 piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib.

Qəza səbəbindən metronun “Koroğlu” satnasiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da polis əməkdaşları tərəfindən görülən zəruru tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}