Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
bşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunub ki, iyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 1964-cü il təvəllüdlü Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradovun bıçaqla xəsarətlər yetirərək Miribrahim Seyidovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.
Facebook-da paylaş
