Yardımlıda traktor aşıb, sürücü ölüb
Yardımlıda traktor aşıb. Şəffaflıq.az xəbər verir ki, Yardımlı rayon Urakəran kəndində yaşayan Qəliyev Yaqub Rafiq oğlu idarə etdiyi “Belarus” markalı, 65-T-211 dövlət qeydiyyat nişanlı traktoru qoşqu ilə birlikdə aşırıb. Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
