Yasamalda sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanılıb Hadisə
Yasamalda sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanılıb. Şəffaflıq.az ın xəbərinə görə, iyunun 10-da saat 02 radələrində M.Əliyev küçəsində “Saipa” markalı nəqliyyat vasitəsilə təhlükəli manevrlər edən sürücü maddi zərərlə nəticələnən qəza törədib. 1994-cü il təvəllüdlü şəxs idarə etdiyi “Saipa” avtomobili ilə yol kənarında dayanan “Hyundai” markalı nəqliyyat vasitəsinə və mopedə çırpılıb. Nəticədə “Saipa” markalı avtomobildə olan 1 nəfər yüngül xəsarət alıb. Sərxoş vəziyyətdə olan sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
