Azərbaycan milllisi Belarusda təlim-məşq toplanışı keçəcək


Yeniyetmə oğlan voleybolçulardan ibarət Azərbaycan millisi (2008-2009 təvəllüdlülər) Belarusa yola düşüb.

"Şəffaflıq.az"  Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Minskdə Belarusun 18 yaşadək oğlanlardan ibarət millisi ilə birgə təlim-məşq toplanışı keçəcək.

İyunun 12-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı ilə yanaşı, komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.

Qeyd edək ki, yığma bu il Azərbaycanda keçiriləcək III MBD Oyunlarında iştirak edəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}