Gəncədə 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb
Gəncə şəhərində 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan birində qeydə alınıb. İlkin məlumata əsasən, orada çalışan 27 yaşlı İ.Hüseynov tikilidən yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
