Suqovuşanda eyvandan yıxılan 3 yaşlı uşaq ölüb
Ağdərə rayonunun Suqovuşan kəndində azyaşlı yaşadığı binanın eyvanından yıxılaraq ölüb. Şəffaflıq.az-ın məlumatına görə, 2022-ci il təvəllüdlü Ağazadə Ömər Elməddin oğlu Suqovuşanda binanın 5-ci mərtəbəsində oynayarkən eyvandan yıxılıb. Azyaşlı Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.
Xəbəri paylaş
Facebook-da paylaş
