Oğuzda avtomobil aşıb, xəsarət alanlar var


Oğuz rayonunda yol nəqliyyat hadisəsi olub. 

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Oğuz-Padar-Böyük Söyüdlü yolunun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}