Daşkəsəndə silsilə oğurluqlarda şübhəli bilinən şəxslər saxlanılıb
Daşkəsən rayonunda silsilə oğurluqlarda şübhəli bilinən şəxslər tutulublar. Şəffaflıq.az-ın məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində talama cinayətlərində şübhəli bilinən R.Hacıyev, E.Səmədov, Ə.Süleymanov və N.Verdiyev saxlanılıb. Araşdırmalarla onların müxtəlif vaxtlarda Daşkəsən rayonunda 5 mənzildən məişət əşyaları oğurladıqları məlum olub. Bundan başqa, digər tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Musayev də saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
