Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə bu gün gecə saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndindən keçən hissəsində baş verib. Belə ki, İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub. Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
