Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.


Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.

Bu barədə “Report”a onun oğlu Toğrul Mehdi məlumat verib.

Qeyd edək ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin isə Fəlsəfə fakültəsinin məzunu olub. 

O, ədəbi fəaliyyətə 1970-ci illərdə başlayıb. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edilməsində xidmətləri olub.

Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olaraq dövri mətbuatda müntəzəm çıxışlar edib. 

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}