Bakıda avtomobildən 15 min avroya yaxın pul oğurlanıb
Bakıda avtomobildən 15 min avroya yaxın pul oğurlanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonu ərazisində “BMW” markalı avtomobildən 3800 manat, 14485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla təqsirli bilinən şəxsin bundan öncə “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurlaması da məlum olub.
Xəbəri paylaş
Facebook-da paylaş
