Ağcabədidə kanalda batan 17 yaşlı oğlanın meyiti tapılıb
Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batan 17 yaşlı oğlanın meyiti tapılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, fevralın 6-da sözügedən kanalda batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəbəri paylaş
Facebook-da paylaş
