Biləsuvarda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb


Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2115" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan beş nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}