Bakıda yol qəzası olub, xəsarət alan var
Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, metronun “Koroğlu” stansiyasının yaxınlığında iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2008-ci il təvəllüdlü Dəniz Mikayıllı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş
