Ötən il Baş Prokurorluqda özəl sektorlarla bağlı 303 cinayət işi başlanılıb
2024-cü ildə Baş Prokurorluqda özəl sektorlarla bağlı 303 cinayət işi başlanılıb. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib. O bildirib ki, 95 cinayət işi üzrə istintaq başa çatdırılaraq baxılması üçün məhkəməyə göndərilib: “40 iş üzrə ziyan ödənməsi səbəbindən icraata xitam verilib. Digər faktlarla bağlı araşdırmalar gedir”.
Xəbəri paylaş
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)