Temperatur salmaq üçün həddindən artıq dərman içərək komaya düşən gənc sağalıb


Temperatur salmaq üçün həddindən artıq dərman içərək komaya düşən gənc sağalıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb.

Belə ki, ötən ilin dekabr ayının 31-də 23 yaşlı qız Masallı rayonundan dərmandan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə KTM-in Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xəstəyə qaraciyər hüceyrə çatışmazlığı və meninqoensefalit diaqnozları qoyulub, dərhal Reanimasiya şöbəsində zəruri intensiv müalicə tədbirləri başladılıb.

Məlum olub ki, pasiyent yüksək temperaturu olduğu üçün həkim nəzarəti olmadan, gün ərzində həddindən artıq qəbul etdiyi temperatur salmaq üçün nəzərdə tutulmuş dərmanlardan zəhərlənib.

1 həftə komada, 5 gün huşu soporoz vəziyyətdə qalan xəstə Toksikologiya şöbəsinin həkimlərinin apardığı intensiv müalicələr nəticəsində həyata qaytarılıb. Daha sonra xəstənin vəziyyəti stabilləşib, səhhətində müsbət dinamika müşahidə edilib.

Bir aya yaxın davam edən stasionar müalicə prosedurlarından sonra vəziyyəti qənaətbəxş olduğu üçün hepatoloqun nəzarəti altında ambulator müalicə üçün evə buraxılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}